• Bakı 13° C

    1.31 m/s

Kadırovun səhhətində ciddi problem var?

DÜNYA

03 Mart 2023 | 22:29 | Müəllif: Subhan Mahmudov

Kadırovun səhhətində ciddi problem var?

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, son bir neçə ayda o, çox kökəlib və videoda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var.

Nəşr bildirib ki, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki “Burjil” xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim əş-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gedib.

Bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib. Kadırovun bəzən enerjili və çevik görünməsi stimullaşdırıcı vasitələrdən istifadə etməklə bağlıdır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR