• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mirzoyan Rumıniyaya gedir

DÜNYA

02 Aprel 2023 | 20:58 | Müəllif: Subhan Mahmudov

Mirzoyan Rumıniyaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 3-4-də Rumıniyada işgüzar səfərdə olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ermənistan XİN xəbər yayıb.

Mirzoyan Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşəcək, bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Səfər zamanı Ermənistanın xarici işlər naziri Rumıniyanın qanunvericilik orqanlarının nümayəndələri ilə də görüşəcək.

Görüşlər zamanı Mirzoyan Ermənistan və Rumıniya arasında ikitərəfli əməkdaşlığı, Ermənistan-Aİ tərəfdaşlığını, Cənubi Qafqazı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026