• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcü dənizçilər qaçırıldı

DÜNYA

02 May 2023 | 17:47

Gürcü dənizçilər qaçırıldı

Qabonun ərazi sularında dayanmış gəmidən ikisi Gürcüstan vətəndaşı olmaqla üç dənizçi oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb. Hadisənin mayın 2-də baş verdiyi bildirilib. Qeyd olunub ki, gəminin göyərtəsində qalan digər dənizçilər təhlükədə deyillər.

Məlumata görə, Gürcüstanın iqtisadiyyat nazirliyinin tabeliyindəki Dəniz Nəqliyyatı Agentliyi və Xaric İşlər Nazirliyi əsir götürülmüş dənizçilərin azadlığa buraxılması istiqamətində fəal iş aparırlar. Dənizçilərin qaçırılması ilə bağlı onların ailə üzvlərinə məlumat verilib.

Qurum mediaya qaçırılmış dənizçilərin təhlükəsizliyinin qorunması məqsədilə onların kimliyi ilə bağlı detalları paylaşmamaq çağırışı edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026