• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Kral Çarlzın "enerji qənaəti" lağa qoyuldu

DÜNYA

01 Iyun 2023 | 16:01

Kral Çarlzın enerji qənaəti lağa qoyuldu

İqlim və ətraf mühitlə bağlı kampaniyalara verdiyi dəstəyi ilə tanınan İngiltərə kralı III Çarlzın enerji istehlakını azaltmaq üçün Bukingem sarayındakı hovuzun temperaturunu aşağı saldığı iddia edilir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Kral Çarlzın taxta çıxmasından sonra paytaxt Londondakı Bukingem sarayında hovuzun temperaturunu aşağı saldığı və buna görə də hovuzdan istifadə edən bəzi saray işçilərinin üşüdüyü iddia edilib.

"Hovuzdan istifadə edən bir neçə nəfər suyun temperaturunun aşağı düşdüyünü və əvvəlkindən bir qədər sərin olduğunu müşahidə edib. Onlara deyilib ki, kralın özü isitmədən imtina edib", - məlumatda deyilir.

Başqa bir mənbəyə görə, "Kral Çarlz həm də bilmək istəyir ki, siz niyə bir otağı otaq temperaturundan yuxarı qızdırmaq istəyirsiniz. Kənarda hava necə olursa olsun, o, bunu israfçılıq kimi görür".

Həmçinin, Kral Çarlzın soyuq şəraitdə yaşayıb işləməyi xoşladığı bildirilib. Onun bu “qənaət” tədbiri Britaniya mediasında lağ edilib.

Digər tərəfdən, personalın Kral Çarlzın sarayda istifadə olunmayan otaqlarda işıqların açıq olub-olmadığını yoxladığını müşahidə etdiyi və Kralın qışda belə pəncərələrini açıq saxladığı bilindiyi qeyd edilib.

Məlumata görə, Bukingem Sarayı məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Ay Tac


SON XƏBƏRLƏR