• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hakan Fidan Səudiyyə Ərəbistanlı həmkarı ilə telefonda danışdı

DÜNYA

01 Iyul 2023 | 15:12

Hakan Fidan Səudiyyə Ərəbistanlı həmkarı ilə telefonda danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Türkiyə XİN-dən bildirilib.

Danışıq zamanı Qurban bayramının ilk günü İsveçdə Quranın yandırılması ilə bağlı sabah (2 iyul) Ciddə şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıq müzakirə edilib.

Bundan əlavə, islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq ətrafında da fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026