• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Krivoy Roq şəhərinə raketlər atıldı - Ölülər və yaralılar var

DÜNYA

31 Iyul 2023 | 11:57

Krivoy Roq şəhərinə raketlər atıldı - Ölülər və yaralılar var

Ukraynanın Krivoy Roq şəhərində təhsil müəssisəsinə və yaşayış binalarına raketlərin düşməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, raketləri Rusiya ordusu atıb. Yerli polis idarəsi məlumatı təsdiqləyib.

Bildirilib ki, raketlərdən biri 4 mərtəbəli təhsil müəssisəsinin binasına düşüb. Dağıntılar altında qalanlar var. Əraziyə xilasedicilər və polis cəlb olunub.

İkinci raket isə 9 mərtəbəli yaşayış binasına düşüb. Orada da dağıntılar altında qalanların olduğu istisna edilmir. Fövqəladə hallar idarəsinin əməkdaşları binanın dağıntıları altında axtarış-xilasetmə əməliyyatı aparırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR