• Bakı 14° C

    2.89 m/s

ABŞ Ukraynaya 250 milyon dollarlıq silah-sursat verdi

DÜNYA

30 Avqust 2023 | 00:43

ABŞ Ukraynaya 250 milyon dollarlıq silah-sursat verdi

ABŞ hökuməti Ukraynaya 250 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin geniş bəyanatında qeyd olunub. 

"Bu gün biz Ukraynaya daha bir hərbi yardım paketinin təqdim edildiyini elan edirik", - deyə o, əlavə edib. 

Blinken qeyd edib ki, yeni paketə hava hücumundan müdafiə üçün AIM-9M raketləri, HIMARS üçün mərmilər, 155 mm və 105 mm-lik artilleriya sursatları, minatəmizləmə avadanlıqları, "Javelin" tank əleyhinə raket kompleksləri daxildir. Bundan əlavə, ABŞ Ukrayna Silahlı Qüvvələrinə 3 milyondan çox patron və təcili yardım maşınları göndərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026