• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə binada partlayış: 2 ölü, xeyli yaralı var

DÜNYA

28 Sentyabr 2023 | 18:54 | Müəllif: Subhan Mahmudov

Türkiyədə binada partlayış: 2 ölü, xeyli yaralı var

Türkiyənin İstanbul şəhərinin Şirinevler qəsəbəsində binada partlayış baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, İstanbul valisi Davud Gülün açıqlamasına görə, partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

İstanbul Qubernatorluğundan verilən açıqlamada qaz sızmasından qaynaqlandığı bildirilən partlayış Şirinevlər rayonu Kazım Karabəkir küçəsində yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzildə baş verib.

Valilikdən edilən şərhdə, ilkin açıqlamaya görə,  partlayışda 2 nəfər həyatını itirib, ümumilikdə 1-i ağır olmaqla 4 nəfər yaralanıb. Hadisə yerinə Siyavuşpaşa və Bahçelievler xilasetmə qrupları gəlib. 

Hadisə ilə bağlı Bakırköy Respublika Prokurorluğu tərəfindən istintaq başlayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026