• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Misirdə ağır qəza: 32 ölü, 60 yaralı

DÜNYA

28 Oktyabr 2023 | 14:31 | Müəllif: Subhan Mahmudov

Misirdə ağır qəza: 32 ölü, 60 yaralı

Misirin paytaxtı Qahirə ilə İsgəndəriyyə şəhərini birləşdirən Qırmızı dəniz üzərindəki magistral yolda bir neçə avtomobilin toqquşması nəticədə zəncirvari qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misirin Buxeyra əyalətinin təhlükəsizlik xidməti məlumat yayıb.

Qəza nəticəsində 32 nəfər həlak olub, 60 nəfər isə yaralanıb.

Hadisə zamanı bir neçə avtomobilin yandığı bildirilib.

Prokurorluq qəza ilə bağlı araşdırmalara başlayıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026