• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Pakistan ordusu sərhəddə 8 yaraqlını zərərsizləşdirdi

DÜNYA

27 Noyabr 2023 | 14:23 | Müəllif: Subhan Mahmudov

Pakistan ordusu sərhəddə 8 yaraqlını zərərsizləşdirdi

Pakistan hərbçilərinin ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın ərazidə keçmiş yerli Taliban qalasında yaraqlıların sığınacağına basqın zamanı 8 yaraqlı öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki,  bu  barədə Pakistan ordusu məlumat yayıb. 

Bildirilir ki,  Xeyber-Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində kəşfiyyat əməliyyatı keçirilib və hərbçilər silah və sursatları müsadirə ediblər.

Yaraqlıların kimliyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR