• Bakı 20° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

HƏMAS amansızcasına ləğv ediləcək - AÇIQLAMA

DÜNYA

27 Noyabr 2023 | 14:02

HƏMAS amansızcasına ləğv ediləcək - AÇIQLAMA

İsrail və Fələstinin HƏMAS qruplaşması arasında 4 günlük humanitar atəşkəs davam edir. Tərəflər əsir və girovların qarşılıqlı dəyişdirilməsi üçün buna razılıq vermişdilər və vasitəçi Qırmızı Xaç idi.

24 və 25 noyabrda HƏMAS İsrailə daha iki qrup - 24 və 17 nəfərlik girovu təhvil verib.

İsrail isə fələstinli məhbusların 39 nəfərlik üçüncü qrupunu azad edib. Azad olunan məhbuslar əsasən yeniyetmələrdir.

HƏMAS Qəzzada humanitar atəşkəsə dair İsraillə razılaşmanı uzatmağa hazır olduğunu açıqlayıb. İsrailin müdafiə naziri Yoav Qalant isə Qəzza zolağında atəşkəsi “qısa fasilə” adlandırıb. Onun sözlərinə görə, bundan sonra döyüşlər ən azı daha iki ay “intensiv rejimdə” davam edəcək. O bildirib ki, qalan girovların qaytarılması üçün müharibənin davam etdirilməsi zəruridir.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, professor Hasan Oktay Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İsrailin Qəzzaya hücumları dinc əhalinin kütləvi qırğınına, beynəlxalq reaksiyaya yol açdığı üçün humanitar ehtiyacları qarşılamaq məqsədi ilə 4 günlük atəşkəs elan edildi.

Professorun sözlərinə görə, İsrail bu addımı ilə Qəzza xalqına mesaj verməyə çalışdı ki, onlarla heç bir problemi yoxdur, sadəcə HƏMAS aradan çıxmalıdır: "HƏMAS isə beynəlxalq gücün onunla hesablaşmasını və qurulacaq Fələstin dövlətində söz sahibi olmaq istəyir. Mahmud Abbas fələstinlilərin tək hakimi kimi qəbul olunmaq istədiyi üçün HƏMAS-ı dəstəkləmədi. Nəticədə HƏMAS tək qaldı. İsrail bu dilemmadan istifadə edərək HƏMAS-ı dünyanın gözü qarşısında zərərsizləşdirməyə, ləğv etməyə çalışır”.

Hasan Oltay: Atəşkəsdən sonra İsrailin Qəzzada əməliyyatı davam edərsə və HƏMAS sıradan çıxarsa, o zaman...

Müsahibimizə görə, həmçinin, atəşkəsdən istifadə etməklə Qəzza xalqı ilə HƏMAS arasında ayrılıq yaratmağa çalışır: “Bu baş verərsə, HƏMAS amansızcasına ləğv ediləcək. Bir çox islam ölkələri də bu məsələdə, yəni HƏMAS-ın ləğvi məsələsində həmfikirdirlər".

H.Oktay vurğulayıb ki, Türkiyə və İran islam ölkələrində liderlik uğrunda mübarizə apararkən Qəzza və HƏMAS məsələsində ritorik üstünlük əldə etmək üçün böyük diplomatik yarışa başlayıblar: "Atəşkəsdən sonra İsrailin Qəzzada əməliyyatı davam edərsə və HƏMAS sıradan çıxarsa, o zaman Mahmud Abbasın rəhbərliyi ilə Fələstin dövlətindən danışmaq mümkün ola bilər. Hər halda HƏMAS-ın olmadığı Fələstin dövləti daha inandırıcı görünür. Əgər İsrail qələbə qazandıqdan sonra üstünlüyü və təşəbbüsü ələ keçirərsə, iki dövlət deyil, iki xalqlı tək İsrail dövlətinin yaradılmasını da gündəmə gətirə bilər. Bu da mümkündür".

Aydın Baxış


SON XƏBƏRLƏR

24 May 2025