Belçikada bomba təhlükəsi səbəbilə, təxminən, 30 məktəbdə təhsil birgünlük dayandırılıb.
Bakıvaxtı.az bu barədəBelçika mətbuatında istinadla xəbər verir. Bildirilir ki, polis ötən gecə paytaxt Brüssel və Valoniya bölgələrində bomba təhlükəsi ilə bağlı məlumat alıb. Bu səbəbdən də 30-a yaxın məktəbdə tədris bir gün müddətinə dayandırılıb.
Wallonia-Brüssel Federasiyasının Kommunikasiya Direktoru Cecile Marquette son həftələrdə məktəblərə qarşı bu cür bildirişlərin alındığını və qərarın yalnız ehtiyat məqsədli olduğunu bildirib.
Ay Tac
















