• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ukrayna Rusiya donanmasını məhv edir - Britaniya

DÜNYA

26 Dekabr 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

Ukrayna Rusiya donanmasını məhv edir - Britaniya

Ukrayna son 4 ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-ni məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Ukrayna ordusunun Rusiyanın Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisini vurması haqda X sosial şəbəkəsində yazıb.

“Dekabrın 26-na keçən gecə Ukrayna ordusunun ilhaq edilmiş Krımda Rusiya hərbi gəmisinə hücumu göstərir ki, Ukraynada müharibənin dalana dirəndiyinə inananlar yanılırlar”, - o qeyd edib.

O bildirib ki, bu iddianı səsləndirənlər son dörd ayda Rusiyanın Qara dəniz Donanmasının 20%-nin məhv edildiyini görmürlər:

“Rusiyanın Qara dənizdəki hökmranlığı indi sual altındadır və Britaniya və Norveçin rəhbərlik etdiyi yeni Dəniz İmkanları Koalisiyası Ukraynanın dənizdə qalib gəlməsinə kömək edir”./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026