• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Almatı zəlzələyə hazır deyildi - Tokayev

DÜNYA

25 Yanvar 2024 | 18:30 | Müəllif: Subhan Mahmudov

Almatı zəlzələyə hazır deyildi - Tokayev

Almatının mülki müdafiə sistemləri zəlzələyə hazır deyildi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Almatının mülki müdafiə sistemi zəlzələyə hazır deyildi və səlahiyyətli orqanlar fəlakətin sınağından keçə bilmədilər. Plana görə, şəhərdə güclü zəlzələlər üçün avtomatlaşdırılmış erkən xəbərdarlıq sistemi tətbiq edilməli idi, lakin işləməyib”, - Tokayev bildirib.

Qeyd edək ki, Qazaxıstan-Qırğızıstan sərhədində yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin dərinliyi 65 kilometr olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026