• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dəhşətli müharibənin ikinci ildönümü - Statistikalar nə deyir?

DÜNYA

24 Fevral 2024 | 15:30

Dəhşətli müharibənin ikinci ildönümü - Statistikalar nə deyir?

Bu gün Rusiyanın Ukraynanın işğalına başlamasından 2 il keçir.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın nüfuzlu Bild qəzeti işğalın dəhşətli statistikasına yer verib.

Nəşr yazır ki, Ukrayna əhalisinin 40%-i hazırda humanitar yardımdan asılıdır. Bundan əlavə, 2022-ci il fevralın 24-dən indiyədək 3.800-ə yaxın təhsil müəssisəsi dağıdılıb, 6,5 milyon ukraynalı ölkəni tərk edib, 3,7 milyonu isə evlərini tərk edərək Ukraynanın başqa bölgəsində müvəqqəti yaşayış yeri tapmağa məcbur olub.

BMT-nin məlumatına görə, 560-ı uşaq olmaqla, 10.000 mülki şəxsin ölümü təsdiqlənib. Təxminən 18.500 yaralı məlumdur. Qurbanların real sayı isə bundan qat-qat çoxdur. Təkcə Mariupolda 40 minə qədər insanın öldüyü güman edilir.

ABŞ hökumətinin məlumatı 2023-cü ilin avqust ayına görə, 320.000 rus əsgərinin həlak olduğunu, 570.000-dən çoxunun isə yaralandığı iddia edir. Həmçinin 170.000 Ukrayna əsgəri həlak olub, 300.000-dən çoxu isə yaralanıb.

Rafi Müslümov


SON XƏBƏRLƏR

26 Iyul 2024