• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Almaniya Rusiyanın “hibrid müharibəsi”ndən qorxur?

DÜNYA

25 Mart 2024 | 12:11

Almaniya Rusiyanın “hibrid müharibəsi”ndən qorxur?

Almaniyanın daxili işlər naziri Nensi Feser Rusiyadan gələn hibrid müharibə təhlükəsi, həmçinin Moskvanın Avropa seçkilərinə müdaxiləsi təhlükəsindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Der Spiegel"nəşri yazıb. 

Nensi Feserin sözlərinə görə, Almaniya Rusiyadan yeni təhdidlər  müşahidə edir:

“Biz yalan və kütləvi dezinformasiya vasitəsilə təsir göstərmək cəhdlərini görürük. Lakin casusluq da eyni dərəcədə aktivdir”.

Eyni zamanda, o, Kremli qaçqınların Qərbi Avropaya köçməsinə şərait yaratmaqda ittiham edib.

Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, federal hökumət qarşıdakı aylarda, xüsusən də Avropa seçkiləri zamanı Rusiyanın Qərbi Avropada təsirinə qarşı daha qətiyyətlə çıxış edəcək.

"Biz seçki orqanlarına və ya seçki nəticələrinin ötürülməsinə heç bir haker hücumunun olmamasına əmin olmalıyıq".

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR