• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ələ keçirilən hərbi texnikanın sərgisi olacaq

DÜNYA

24 Aprel 2024 | 09:54

Ələ keçirilən hərbi texnikanın sərgisi olacaq

Mayın 1-də Moskvanın Poklonnaya təpəsindəki Qələbə parkında Rusiya hərbçiləri tərəfindən xüsusi əməliyyat zamanı ələ keçirilən silah və texnikanın sərgisi açılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .

Sərginin bir ay davam edəcəyi bildirilib.

Burda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, İsveç, Çexoslovakiya, Cənubi Afrika, Finlandiya, Avstraliya, Avstriya və Ukrayna istehsalı olan 30-dan çox hərbi texnika nümunəsi təqdim olunacaq .

Qonaqlar Almaniya istehsalı olan “Leopard” tankı və “Marder” piyada döyüş maşını, Amerikanın “Bradley” piyada döyüş maşını (IFV), İsveçin CV90 piyada döyüş maşını və Fransanın AMX-10RC zirehli döyüş maşını ilə tanış ola biləcəklər.

Bundan əlavə, sərgidə xarici orduların atıcı silahlarının nümunələri, hərbi sənədlər, xəritələr və ideoloji ədəbiyyat nümayiş etdiriləcək.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026