• Bakı 24° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Putin mənim xətrimə onu azad edəcək – Tramp

DÜNYA

24 May 2024 | 01:00

Putin mənim xətrimə onu azad edəcək – Tramp

Jurnalist Evan Gerşkoviçin Rusiya həbsxanasından azad edilməsi üçün Prezident Vladimir Putinlə münasibətimdən istifadə edəcəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti, 5 noyabrda keçiriləcək prezident seçkilərində namizəd Donald Tramp deyib.

“Rusiyanın əlində olan “Voll Strit Jurnal”ın müxbiri Evan Gerşkoviç seçkidən dərhal sonra, lakin mən vəzifəyə başlamazdan əvvəl azad ediləcək”, - Tramp özünün sosial şəbəkəsində yazıb.

O bildirib ki, Vladimir Putin bunu mənim üçün edəcək, başqası üçün deyil.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviçin saxlanması barədə 2023-cü il martın 29-da Rusiya Federasiyası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (PXM) məlumat yayıb. Jurnalist casusluqda ittiham olunub.


SON XƏBƏRLƏR

21 Iyun 2024