• Bakı 16° C

    2.76 m/s

Unikal poçt markaları hərraca çıxarılacaq

DÜNYA

24 May 2024 | 03:26 | Müəllif: Gülşən Şərif

Unikal poçt markaları hərraca çıxarılacaq

Amerikalı maliyyəçi Bill Qross 15-20 milyon dollar dəyərində qiymətləndirilən unikal poçt markaları kolleksiyasını satacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qross ABŞ hökuməti tərəfindən indiyədək buraxılmış hər markanın yer aldığı kolleksiyaya sahibdir. Onlardan bəzilərinin dəyəri 1 milyon dollardan çoxdur.

Qrossun bütün Amerika markalarını toplamağı bacaran yeganə filatelist olduğu hesab edilir. O, hətta 1868-ci ildə buraxılmış dünyanın ən bahalı markasına da sahib olub. Dünyada cəmi iki belə nüsxə var, ikincisi Nyu-York Xalq Kitabxanasında saxlanılır.

Ümumi markalar 14 və 15 iyunda hərracda satılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026