• Bakı 24° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Livanda yoxsulluğun səviyyəsi üç dəfə artıb

DÜNYA

24 May 2024 | 02:54

Livanda yoxsulluğun səviyyəsi üç dəfə artıb

Dünya Bankı (DB) Livanda uzun sürən iqtisadi böhran fonunda on il ərzində yoxsulluq səviyyəsinin üç dəfə artdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” maliyyə təşkilatının hesabatına istinadən məlumat yayıb.

Sənədə əsasən, 2012-2022-ci illər arasında yoxsulluq həddində yaşayan livanlıların nisbəti 12%-dən 44%-ə yüksəlib.

Bununla belə, hesabatda qeyd olunub ki, ölkənin regionları üzrə göstəricilər fərqlidir. Məsələn, paytaxt Beyrut vilayətində bu dövrdə yoxsul əhalinin xüsusi çəkisi 4%-dən 2%-ə qədər azalıb, şimaldakı Akkar əyalətində isə əksinə, 22%-dən 62%-ə yüksəlib. 

Dünya Bankının məlumatına görə, Livan vətəndaşlarının 73%-i “çoxölçülü yoxsulluq” şəraitində yaşayır ki, onun səviyyəsi təkcə gəlirlə deyil, həm də təhsil, səhiyyə və təmiz içməli suya çıxış imkanları ilə qiymətləndirilir.

Təşkilatın hesabatı Livanın beş vilayətində aparılan araşdırmalar və əhali arasında keçirilən sorğular əsasında hazırlanıb.(Report)


SON XƏBƏRLƏR

21 Iyun 2024