Çin terrorizmin heç bir formasını qəbul etmir.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian jurnalistlərin "Crocus City"də baş verən terror aktı ilə bağlı sualı cavablandırarkən deyib.
“Çin terrorizmin bütün formalarına qarşıdır, terror hücumlarını qəti şəkildə pisləyir və hər bir ölkənin milli təhlükəsizliyi və sabitliyi qorumaq səylərini qətiyyətlə dəstəkləyir”.
Diplomat əlavə edib ki, Çin həlak olanlara və onların ailələrinə başsağlığı verir.
Günəş Mərd
















