• Bakı 13° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

BMT kütləvi məzarların araşdırılmasını TƏLƏB EDİB

DÜNYA

24 Aprel 2024 | 12:12

BMT kütləvi məzarların araşdırılmasını TƏLƏB EDİB

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında böyük xəstəxanalarda aşkar edilən kütləvi məzarlarla bağlı "aydın, şəffaf və etibarlı araşdırma" tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, “Bloomberg”ə istinadla xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

Volker Türk Qəzza zolağında Şifa Tibb Mərkəzi və Nasser Xəstəxanasının dağıdılmasından, eləcə də İsrail hərbçiləri oranı tərk etdikdən sonra onların ərazisində kütləvi məzarlıqlar barədə xəbərlərdən dəhşətə gəldiyini bildirib.

Buna əsaslanaraq o, anklavda baş verənlərin araşdırılmasının vacibliyini vurğulayıb.

“Cəzasızlıq mühitinin hökm sürdüyünü nəzərə alaraq, beynəlxalq müstəntiqlər cəlb edilməlidir. Xəstəxanalar beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi müdafiə hüququna malikdir”.

BMT-nin digər nümayəndəsi Stefan Dujarrik jurnalistləri və müstəntiqləri Qəzza zolağında təhlükəsiz işləməyə çağırıb.

O bildirib ki, faktları işıqlandırmaq üçün onlara bu yerlərə çıxış imkanı vermək lazımdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024