Nigeriya hökuməti filmlərdə, səhnəciklərdə və kliplərdə siqaret çəkməyi qadağan edib.
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən bildirir ki, bununla bağlı Milli Film və Video Senzura Şurasının baş direktoru Şaibu Hüseyni açıqlama verib.
Hüseyni kino sənayesində siqaretin geniş yayılmasına qarşı valideynləri tədbir görməyə çağırıb.
"Hökumət ölkənin kino sənayesi olan "Nollywood"da film, eskiz və kliplərdə siqaret istifadəsinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib. Həmçinin zorakılıq, cinayət və ictimai dəyərlərə uyğun gəlməyən hərəkətlərin də təbliğinə qadağa qoyulacaq". - deyə Baş direktor vurğulayıb.
Qeyd edək ki, Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada siqaret çəkmək ictimaiyyət arasında ayıb sayılır.
Gülşən Şərif
















