• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Tramp Ukrayna ilə bağlı söz verdi

DÜNYA

23 Iyun 2024 | 10:11 | Müəllif: Subhan Mahmudov

Tramp Ukrayna ilə bağlı söz verdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, 2024-cü il seçkilərindən sonra prezident postuna qayıdarsa, andiçmə mərasimindən əvvəl də Ukrayna münaqişəsinin həllinə nail olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o,  Filadelfiyada keçirilən mitinqdə Ukrayna münaqişəsində sülhə nail olmaq planlarını müzakirə edərkən deyib.

"Hətta mən Oval Ofisə girməzdən əvvəl, prezident seçkilərində qalib gələndən qısa müddət sonra bunu həll edəcəyəm" – deyə Tramp bildirib.

Tramp həmçinin iddia edib ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlsə, Üçüncü dünya müharibəsinin qarşısını alacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR