• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

İsrail Qəzzadan müvəqqəti çıxmaq üçün şərt irəli sürüb

DÜNYA

23 Iyul 2024 | 10:08

İsrail Qəzzadan müvəqqəti çıxmaq üçün şərt irəli sürüb

İsrail Müdafiə Qüvvələri HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı sövdələşmənin birinci mərhələsinin başlaması üçün Qəzza zolağından müvəqqəti çıxa bilər.

Bakıvatı.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

İsrail ordusunun bir neçə yüksək vəzifəli mənbəsi bildirib ki, İsrail ordusu 42 gün ərzində Qəzzadan tamamilə geri çəkilməklə ölkə təhlükəsizlik baxımından əhəmiyyətli itkilərə məruz qalmayacaq. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ-nin yüksək səviyyəli rəsmiləri ilə sövdələşməni müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, İsrail və HƏMAS nümayəndələri arasında Qəzza zolağında nizamlanma ilə bağlı məsləhətləşmələr Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə keçirilir.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025