• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nigeriyada daşqınlar 28 nəfərin həyatına son qoyub

DÜNYA

22 Avqust 2024 | 09:45 | Müəllif: Əli Hüseynov

Nigeriyada daşqınlar 28 nəfərin həyatına son qoyub

Nigeriyanın Bauçi əyalətində həddindən artıq yağışın səbəb olduğu daşqınlarda 28 nəfər həyatını itirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, günlərdir davam edən həddindən artıq yağış Bauçi əyalətinin Qamava bölgəsindəki kəndlərdə daşqınlara səbəb olub.

Daşqınlar nəticəsində 28 nəfər ölüb, çox sayda insan yaralanıb. Təxminən 100 nəfər evlərini tərk edib.

Qeyd edək ki, ötən həftə tropik iqlim zonasında olan Nigeriyanın Jiqava əyalətində daşqınlar nəticəsində 30 nəfər həyatını itirib.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR