• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyədə narkotiklə mübarizəylə bağlı daha bir ƏMƏLİYYAT

DÜNYA

22 Avqust 2024 | 09:30 | Müəllif: Əli Hüseynov

Türkiyədə narkotiklə mübarizəylə bağlı daha bir ƏMƏLİYYAT

Türkiyənin 26 əyalətində keçirilən “Narkoçelik-31” adlı əməliyyatlar nəticəsində 63 narkotacir və küçə satıcısı saxlanılıb, bir ton 521 kq narkotik maddə isə müsadirə olunub.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Nazir bildirib ki,  əməliyyatlar Diyarbakır, Ədirnə, Elazığ, Manisa, Aksaray, Adana, Balıkəsir, Bitlis, Batman, Bingöl, Malatya, Ağrı, Kırklareli, Aydın, Yalova, Afyonkarahisar, Antalya, Ərzurum, Karaman, Sakarya, Rize, Kırıkkale, Muğla, İzmir, Siirt və Ankarada keçirilib.

Onun sözlərinə görə, saxlanılan 63 şübhəlidən 46-sı həbs olunub, 1-i ədliyyə nazirliyinin nəzarətinə verilib, qalanları barəsində araşdırma aparılır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026