• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Tayvan müdafiə xərclərini rekord həddə çatdıracaq

DÜNYA

22 Avqust 2024 | 09:50 | Müəllif: Gülşən Şərif

Tayvan müdafiə xərclərini rekord həddə çatdıracaq

Tayvan müdafiə xərclərini 20 milyard dollara qədər artıracaq.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Tayvan Çindən gələn hərbi təhlükənin qarşısını almaq üçün gələn il müdafiə xərclərini 20,2 milyard ABŞ dolları artırmağı planlaşıdırıb.

Belə ki, gələn il hərbi xərclərin əvvəlki ilə nisbətən 7,7 faiz çox olacağı və Tayvanın təxmin edilən ÜDM-nin 2,45 faizini təşkil edəcəyi gözlənilir. 

Həmçinin müdafiə büdcəsinə 7 il ərzində 2026-cı ilə qədər yeni döyüş təyyarələrinin alınması üçün ayrılmış 247,2 milyard NT dollarlıq xüsusi vəsait də daxildir. Bu vəsaitin böyük hissəsi ABŞ tərəfindən təmin ediləcək =.

Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun dosenti Çie Çunq bildirib ki, son bir neçə ildə müdafiə xərclərinin artımı dövlət borcu ilə maliyyələşdirilən xüsusi büdcə hesabına artırılıb. Lakin bu mexanizmin 2026-cı ildən sonra da davam edib-etməyəcəyi bəlli deyil. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026