q
  • Bakı 11° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Dünyada ən çox qızıl ehtiyatı olan ölkə hansıdır? - FAKT

İQTİSADİYYAT, DÜNYA

22 Avqust 2024 | 08:51

Dünyada ən çox qızıl ehtiyatı olan ölkə hansıdır? - FAKT

Beynəlxalq Qızıl Şurası dünya ölkələrinin qızıl ehtiyatları barədə məlumatları yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, qızıl ehtiyatlarına görə liderlik edən ölkələrin rezervləri son bir ildə ciddi dəyişikliyə uğramayıb. Banklardakı qızıl ehtiyatının həcminə görə ilk yerdə 8 133 tonla ABŞ gəlir.

Növbəti pillədə qərarlaşan Almaniyanın ehtiyatları 3 352 tondur. Bundan başqa, üçüncü yerdə İtaliya (2 452 ton), dördüncü yerdə Fransa (2437 ton), beşinci yerdə isə Rusiya (2 336 ton) dayanır.

Asiya nəhəngi Çin isə 2 264 ton ehtiyatla altıncıdır. Ölkə ehtiyatlarını il ərzində 2 ton artırıb.


SON XƏBƏRLƏR

16 Aprel 2026