• Bakı 17° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

AMB 24 sığorta agenti ilə bağlı qərar verib

İQTİSADİYYAT

20 Sentyabr 2024 | 17:26 | Müəllif: Əli Hüseynov

AMB 24 sığorta agenti ilə bağlı qərar verib

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib, 19 fizki şəxsə və 2 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini isə bərpa edib.

Bu barədə Bakıvaxtı.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, lisenziyaların ləğvi barədə qərar avqustun 21-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.

Lisenziyaların qüvvəsinin bərpası barədə qərar isə sentyabrın 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, sığorta agentlərinin nöqsanları aradan qaldırması nəzərə alınaraq qəbul olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026