• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanlı aktyor borca görə məhkəməyə verildi 

İQTİSADİYYAT

19 Oktyabr 2024 | 12:47

Azərbaycanlı aktyor borca görə məhkəməyə verildi

Tanınmış aktyor və ssenarist Emil Musayev məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onun barəsində məhkəməyə müraciət edib.

Buna səbəb aktyorun vergi borcunun yaranması olub. Məlumata görə, aktyorun dövlətə 3881 manat vergi borcu var.

Onun barəsində işə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aktyorun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istəyir.

İcraata götürülən iş üzrə hakim Nərmin Əhmədovadır. Qeyd edək ki, məhkəmə baxış iclası oktyabrın 28-də keçiriləcək.

Qeyd edək ki, Emil Musayev 2 oktyabr 1989-cu ildə Bakıda anadan olub. O, 2010-cu ildə "Space" televiziyasında yayımlanan Yumor Kuboku yarışmasında iştirak edib. 2011-ci ildə Planet Parni iz Baku KVN teatrına dəvət alıb. Aktyor bir çox filmdə rol oynayıb.modern.ax


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026