• Bakı 17° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

AZAL-a 5,9 mln. manat ayrılacaq

İQTİSADİYYAT

18 Noyabr 2024 | 11:26

AZAL-a 5,9 mln. manat ayrılacaq

Gələn ilin dövlət büdcəsindən "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

    Qeyd edilib ki, bu vəsait Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün və Füzuli Beynəlxalq Hava Limanına təşkil ediləcək reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə ayırılır.


    SON XƏBƏRLƏR

    01 May 2025