• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərc 8% azalıb

İQTİSADİYYAT

19 Oktyabr 2024 | 20:22 | Müəllif: Gülşən Şərif

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərc 8% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 10,4 min ton süd və qaymaq idxal edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 17,3 milyon ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1,2 min ton (13,2 %) çoxdur, dəyər baxımından isə 1,4 milyon ABŞ dollar (7,6 %) azdır.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ini təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR