İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,1% artaraq 2 milyard 863,6 milyon manat təşkil etmişdir ki, onun da 72,3 faizi əhali tərəfindən istehlak olunub.
Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 35,1%-i və ya 1004,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.