• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Dövlət büdcəsindən maliyyələşdiriləcək layihələrin sayı açıqlanıb

İQTİSADİYYAT

18 Noyabr 2024 | 13:00

Dövlət büdcəsindən maliyyələşdiriləcək layihələrin sayı açıqlanıb

Dövlət proqramları üzrə vahid büdcələşmə tətbiq edilməlidir. Təqdim olunan layihələrdə 2 dövlət proqramı üzrə məlumatlar yer almayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

    Palata sədri bildirib ki, ümumi dəyəri 798,4 milyon manat təşkil edən 84 layihənin başa çatdırılması üçün büdcədən vəsait proqnozlaşdırılır: “360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. Növbəti ilin əsaslı vəsait qoyuluşu xərclərində ən fərqli məqam beynəlxalq qurumların təqdim etdiyi kreditlərin həcmidir. Bu vəsait 4 keçid, 8 yeni layihə üçün proqnozlaşdırılır. Azad edilmiş ərazilərin yenidən qurulması üçün cari ilin proqnozu üçün çox, yenidən baxılmadan isə az vəsait nəzərdə tutulub. 2025-ci ildə 46 istiqamətdə 1,3 milyard manat cari illə müqayisədə çoxdur. Aparılan auditlər dövlət xətti istiqamətində subsidiyaların azaldılmasının zəruriliyini göstərir”.

    Palata sədri bildirib ki, Milli Məclisə təqdim edilmiş büdcə layihəsi qanunvericiliyin müvafiq tələblərinə uyğun tərtib olunub.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025