• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

DÜNYA

24 Aprel 2024 | 12:25

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.

 Bakıvaxtı.az xəbər verir ki, gündəlik ziyarətlər üçün bilet almaq (5 avro) məcburi olacaq. Məlumata görə, bu istiqamətdə yoxlamaların aparılması gözlənilir.

Atılan addımın səbəbi isə turist sayını azaltmaqla şəhərin yükünü azaltmaqdır.

Bildirilib ki, qərar yalnız səhər saat 8.30-dan axşam 16.00-a qədər şəhər mərkəzinə bir günlük səfər edən turistləri hədəfləyir. Otellərdə qalan turistlər, 14 yaşdan kiçik uşaqlar və əlillər istisnadır.

Xatırladaq ki, Venesiya keçən il təxminən 3,2 milyon turisti qəbul edib.Sfera.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026