"Gürcüstan prezidentinin qoyduğu veto aradan qaldırılarsa, Gürcüstan-ABŞ münasibətlərində çox aydın nəticələr olacaq".
Bakıvaxtı.az "InterPress.ge"ə istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
Onun sözlərinə görə, Vaşinqtonun "Xarici təsirin şəffaflığı" qanunundan narahatlığının əsas səbəblərindən biri Amerika və Gürcüstanı onilliklər ərzində birləşdirən dostluqdur:
"ABŞ Gürcüstanın Avro-Atlantik istəklərini, Avropa ilə gələcək inteqrasiyanı, demokratiyanın genişləndirilməsi istiqamətində atılan addımları dəstəkləyib. Buna görə də Rusiyadakı mövcud qanunlara əsaslanan qanunun qəbul edilməsi bizi çox ciddi narahat edir. ABŞ və Avropa birliyinin üzvləri ilə yanaşı, gürcü xalqı da ciddi şəkildə narahatdır".
Gülşən Şərif
















