Rusiya mediasında terror aktı törətməkdə şübhəli bilinən şəxslərlə bağlı bəzi detallar açıqlanıb.
Bakıvaxtı.az detalları təqdim edir:
— Deyilənə görə, təşkilatçılar Rusiyadan sonra daha bir terror aktını da Mərkəzi Asiya ölkələrində planlaşdırırmış;
— Tutulanlardan birinin dediyi kimi bu əmələ görə 500 min rubl onların hər birinə deyil, ümumi qrup üçün nəzərdə tutulubmuş. Qrup başçısı iddia edir ki, sifarişçi o məbləği göndərib ki, "öz aranızda bölüşdürün";
— İstisna edilmir ki, terrorçular Bryanskdan Belarus ərazisinə keçməyi və orada gizlənməyi planlaşdırırmışlar;
— Ekspertlər hesab edir ki, bu şəxslər təcrübəli terrorçu olmayıblar. Daha doğrusu, onlar cəmi 2-3 həftə ərzində bu terakta hazırlaşdırılıblar;
— Hadisə ilə bağlı 11 nəfər tutulub. Digər şəxslər terror aktına hazırlıq görməkdə ittiham olunurlar.
Rafi Müslümov
















