• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İlber Ortaylının səhhəti təyyarədə pisləşdi və...

DÜNYA

24 Aprel 2024 | 08:41 | Müəllif: Qalib İbrahimoğlu

İlber Ortaylının səhhəti təyyarədə pisləşdi və...

Türkiyəli tarixçi və yazıçı İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul reysi ilə uçarkən səhhəti pisləşib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, hadisə THY-nin İzmir-İstanbul reysi ilə uçan təyyarədə qeydə alınıb. Belə ki, təyyarə havaya qalxmazdan əvvəl İ.Ortaylının səhhəti pisləşib. Vəziyyətlə bağlı kabin heyəti hərəkətə keçib və pilot uçuşu ləğv edib.

Həkim tərəfindən edilən ilk müdaxilədən sonra onun səhhətində ciddi problem yaşanmadığı bildirilib. Son yoxlamalar zamanı Ortaylının səhhət durumunun uçuşa heç bir maneəsinin olmadığı anlaşılıb və təyyarənin kapitan pilotu havaya qalxıb.

İlber Ortaylının səhhətinin yaxşı olduğu deyilir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026