• Bakı 26° C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistan Belarusda seçkiləri müşahidə etməkdən imtina etdi

DÜNYA

24 Fevral 2024 | 16:50

Ermənistan Belarusda seçkiləri müşahidə etməkdən imtina etdi

Ermənistanın KTMT Parlament Assambleyasında (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyiblər.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar.

Ermənistanın seçkilərdə müşahidəçi qismində niyə iştirak etmədiyi hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl “France24” telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, buna görə də İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.

Rəsmi Moskva isə bu bəyanatla bağlı İrəvandan izahat tələb edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024