• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İsrail Hizbullahın hədəflərinə növbəti zərbə endirdi

DÜNYA

25 Yanvar 2024 | 22:59 | Müəllif: Subhan Mahmudov

İsrail Hizbullahın hədəflərinə növbəti zərbə endirdi

İsrail ordusu Livandakı Hizbullahın hədəflərinə yeni hücumlar həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Son bir saat ərzində İsrail tankları Teyr Harf və Ayt əş-Şaab bölgələrində Hizbullah terrorçularının infrastrukturuna zərbələr endiriblər”, - bəyanatda deyilir.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Kafr Killa qəsəbəsi ərazisində Hizbullah hədəflərinə və Blida bölgəsində qruplaşmanın müşahidə məntəqəsinə aviazərbələr endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026