• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ayrapetyan xaricə qaçdı, siyasi sığınacaq istədi

DÜNYA

25 Yanvar 2024 | 22:01 | Müəllif: Subhan Mahmudov

Ayrapetyan xaricə qaçdı, siyasi sığınacaq istədi

İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasından olan nümayəndəsi Narine Ayrapetyan həyati təhlükəsi və polisin təzyiqi səbəbindən ölkəni tərk etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ana Ermənistan” fraksiyası məlumat yayıb.

“Məni söhbətə kimin apardığını və onun polislə hansı əlaqəsi olduğunu başa düşmədim. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti araşdırmağa cəhd etmədilər, məni ittiham etdilər, hətta ifadə yazıb, imza atmağa məcbur etdilər. Getmək qərarına gəldim”, - deyə Ayraptyan bildirib.

Ayrapetyan etiraf edib ki, o, siyasi sığınacaq istəyib və həyatının təhlükədə olmadığına əmin olana qədər xaricdə qalacaq.

Qeyd edək ki, bundan öncə Ermənistan İstintaq Komitəsi Ayrapetyanın oğurlanması ilə bağlı cinayət işi açmışdı. Hadisə yanvarın 15-də baş vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026