Rusiyalı müxalifətçi Aleksey Navalnının nəşi anasına verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb.
Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, 47 yaşlı Aleksey Navalnı fevralın 16-da saxlanılıdığı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.