• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan və Rəisi 10 saziş İMZALADI

DÜNYA

25 Yanvar 2024 | 22:09 | Müəllif: Subhan Mahmudov

Ərdoğan və Rəisi 10 saziş İMZALADI

İran Prezidenti İbrahim Rəisinin Ankaraya səfəri zamanı Türkiyə ilə ticarət-iqtisadi əlaqələrin inkişafı məqsədi ilə əməkdaşlığa dair on sənəd imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Əməkdaşlıq sazişləri dəmir yolları, energetika, birgə kommersiya zonaları və kommunikasiyalar kimi müxtəlif sahələri əhatə edir.

Rəisi və Ərdoğan regional məsələləri, xüsusilə də Qəzzada müharibənin nəticələrini, həmçinin ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün atılacaq addımları müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026