• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çexiya: Ukraynaya vəd verdik, əməl etmədik

DÜNYA

27 Noyabr 2023 | 13:51 | Müəllif: Subhan Mahmudov

Çexiya: Ukraynaya vəd verdik, əməl etmədik

Ukrayna Avropadan silah təchizatının olmaması səbəbindən hərbi cəhətdən çətinliklərlə üzləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.

“Ukraynanın bu il böyük əks-hücum üçün yeganə fürsəti var idi. Əks-hücumlar baha başa gəlir, mürəkkəbdir və vaxt aparır, ona görə də ildə iki-üç dəfə əks-hücum təşkil etmək mümkün deyil. Bu qış çox çətin olacaq, çünki Ukraynanın əksər infrastrukturu dağıdılıb. Ukraynanı dəstəkləyən ölkələrdə qeyri-müəyyənlik artır. Bütün bunlar hərbi əməliyyatların davam etdirilməsinə kömək etmir”, - Pavel bildirib.

Onun sözlərinə görə, silah yardımları Ukraynaya aktiv hərbi əməliyyatlar aparmağa imkan vermir:

“Artilleriya üçün mərmi tədarükü ilə bağlı vədlərimizə əməl etmədik, F-16 üçün pilotların hazırlığı lazımi tempdə getmir. Bütün bunlar qeyri-müəyyənlik yaradır ki, bu da hərbi kampaniyanın planlaşdırılması üçün əlverişli deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026