• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ölkənin “ən ağır körpə"si doğuldu

DÜNYA

27 Noyabr 2023 | 13:43

Ölkənin “ən ağır körpə"si doğuldu

İranda indiyə qədər olan ən ağır körpə doğulub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasına danışan Məşhəd Rezevi Xəstəxanasının Ginekologiya və Doğum Mütəxəssisi Dr. Nigar Ramazanpur deyib.

Onun sözlərinə görə, ölkənin “ən ağır körpə"si Məşhəd şəhərində dünyaya gəlib.

4 gün əvvəl dünyaya gələn körpə 7 kiloqram olub.

İranın “ən ağır körpəsi”nin qeysəriyyə ilə doğulduğunu deyən həkim bildirib ki, körpənin çəkisi anasının şəkər xəstəsi olması ilə əlaqədardır.

Körpə ailənin 5-ci övladıdır. Həkim onun cinsi və adı ilə bağlı məlumat verməyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026