Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 32 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
13:55
Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 18 şaxtaçının axtarışları davam etdirilir.
***11:22
Qazaxıstanın Karağandı vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.
Bakıvaxtı.az Kazinform agentliyinə istinadən xəbər verir ki, 23 şaxtaçını hələlik dağıntılar altından çıxarmaq mümkün olmayıb.
Hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxtaçıların ailələrinə başsağlığı verib. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.
09:30
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib:
“Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. Daha 31 şaxtaçının axtarışları davam edir”.
Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.
















