• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Miqrantları daşıyan qayıq batdı

DÜNYA

28 Oktyabr 2023 | 16:42

Miqrantları daşıyan qayıq batdı

İtaliyanın Siciliya adası sahillərində miqrantları daşıyan qayıq batıb.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən 18 nəfər xilas edilib, 5 nəfərin cəsədi tapılıb.

İtkin düşənlərin axtarışı dənizdə və quruda davam etdirilir.

Bundan başqa, ötən gecə Lampeduza adasına iki qayıqdan xilas edilən ümumilikdə 95 miqrant gətirilib. Onlar Liviyanın Zouara bölgəsindən və Tunisin Əl-Əmra şəhərindən yola çıxan Suriya, Eritreya, Efiopiya və Sudan vətəndaşlarıdır.

Adadakı miqrant düşərgəsindən daha 200 nəfər bərə-gəmisi ilə Siciliya adasının Porto Empedokl limanına yola salınıb. Hazırda düşərgədə 181 miqrantın olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026