Rusiya-Ukrayna müharibəsinin 553-cü günündə Rusiya ordusu daha 570 hərbçisini itirib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Baş Qərargahın məlumatında bildirilir.
Qeyd olunub ki, müharibə başlayandan bu günədək Rusiya Federasiyası 262 410 hərbçi itirib.
Bundan başqa, düşmən həmçinin 4423 tank, 8596 zirehli döyüş maşını və 5476 artilleriya sistemini itirib.
Eyni zamanda, 733 ədəd MLRS, 500 hava hücumundan müdafiə sistemləri, 351 təyyarə, 316 helikopter, 14149 qanadlı raket, habelə 18 gəmi və qayıq məhv edilib.
Murad Məmmədli
















