Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFAD məlumat yayılıb.
Vilayətin Pütürge rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 11 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.















